Avropa Birliyi ölkələri Belçikanın dondurulmuş Rusiya aktivlərindən 140 milyard avroluq kredit ideyasını dəstəkləməkdən imtina etməsindən sonra bu ölkəyə təzyiqi artırır. Beş avropalı diplomat “Politico”ya bildirib ki, Brüssel hökumət Rusiyanın dondurulmuş aktivlərindən toplanan vergiləri necə istifadə etdiyini açıqlamamaqla beynəlxalq öhdəliyi pozur.
Avropada dondurulmuş Rusiya aktivlərinin böyük bir hissəsi Brüsseldəki “Euroclear” depozitarında saxlanılır. Belçika hökuməti bu aktivlərdən əldə edilən faizlərə 25 faiz vergi tutur.
İddia edilir ki, bu aktivlərdən əldə edilən gəlir Belçika dövlət büdcəsinə yönəldildiyindən, ölkənin vəsaitləri Ukraynaya tam şəkildə yönəldib-yönləndirmədiyini izləmək çətindir.
Avropa Rusiyanın dondurulmuş aktivlərinin Ukraynada üçün istifadəsilə bağlı Belçika ilə razılığa gələ bilmir. Bildirilir ki, AB Belçikanın müqaviməti davam edərsə, tətbiq oluna biləcək alternativ maliyyələşdirmə modelini müzakirə edir.
Qeyd edək ki, Belçika dondurulmuş aktivlərin istifadəsinə qarşı çıxan yeganə Avropa ölkəsidir. Baş nazir Bart De Vever, Belçikanın “Euroclear”ın mərkəzi olduğuna görə, Rusiyanın gələcəkdə vəsaitləri geri istəyə biləcəyini və 140 milyard avroluq öhdəliyin bu ölkənin çiyninə yüklənəcəyini bildirir.
TAHİR