AZ

Qətər Qran prisində təsnifat mərhələsinin qalibi müəyyənləşdi

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Formula 1" üzrə Qətər Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib.

"Ölkə.az" xəbər verir ki, ilk pilləni avstraliyalı pilot, "McLaren" komandasının üzvü Oskar Piastri tutub.

Təsnifat mərhələsinin nəticələrinə görə, Piastrinin "McLaren"dəki komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yerdə qərarlaşıb. Üçüncü yerin sahibi isə "Red Bull" komandasından niderlandlı Maks Ferstappendir.

Qeyd edək ki, əsas yarış noyabrın 30-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
130
4
olke.az

5Mənbələr