AZ

Qətər Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşdi

"Formula 1" üzrə Qətər Qran-prisində təsnifat mərhələsinin qalibi müəyyənləşib.

Azreform.info xəbər verir ki, ilk pilləni avstraliyalı pilot, "McLaren" komandasının üzvü Oskar Piastri tutub.

Təsnifat mərhələsinin nəticələrinə görə, Piastrinin "McLaren"dəki komanda yoldaşı, britaniyalı Lando Norris ikinci yerdə qərarlaşıb. Üçüncü yerin sahibi isə "Red Bull" komandasından niderlandlı Maks Ferstappendir.

Qeyd edək ki, əsas yarış noyabrın 30-da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Seçilən
113
4
azreform.info

5Mənbələr