Ajans.az xəbər verir ki, 70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Əslən Azərbaycanın Tovuz rayonundan olan N.Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub. O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur. İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib.
Mənbə/Report