AZ

Həyəcan infarkta səbəb ola bilər? -Həkim-kordioloqdan AÇIQLAMA

Ötən günlərdə Bakıda məktəbin qarşısında 17 yaşlı yeniyetmə infarktdan vəfat edib. Bildirilir ki, onun ürəyi problemli imiş və bu hadisədən əvvəl ayağının altına atılan pirotexniki vasitədən həyəcan keçirib.

Bəs bu həyəcan infarkta səbəb bilərmi?

Həkim-kardioloq Gülanə Ağayeva Redaktor.az-a açıqlamasında bildirdi ki, ən çox anadangəlmə ürək qüsurlar, ailəvi genetik xəstəliklər, kardiomiopatiyalar, ritm pozğunluqları və bu kimi proseslərin nəticəsində ürək dayanması baş verə bilər.

Onun sözlərinə görə, ayağın altına atılan pirotexniki vasitə isə insanda ciddi qorxu, stres reaksiyası yarada bilər:

"Amma bu, sağlam insanda ani ölümə səbəb olmaz. Bu zaman orqanizmdən ifraz olunan yüksək miqdarlı adrenalin ürək döyüntülərini yüksəldir, qan təzyiqinə təsir göstərir. Əgər yeniyetmədə hər hansı bir gizli ürək problemi olubsa, bu qəfil stres ürək pozğunluqlarını artıra, ürəkdə hər hansı olan prosesi ağırlaşdıra, ani ürək dayanmasına gətirib çıxara bilər. Amma yenə də qeyd edim ki, sağlam insanda, ürəyində heç bir problem olmayan şəxslərdə, gənc insanlarda həyəcan ciddi bir infarkta səbəb olmur və qəfil ürək dayanmasına gətirib çıxarmır. Təbii ki, onun da özünün yaratdığı fəsadlar var. Stres kardiomiopatiyası vəziyyəti yarana bilər, amma bu da ani infarktla eyniləşdirilmir".

Aytəkin TOFİQQIZI

Seçilən
63
1
redaktor.az

2Mənbələr