AZ

Süd və qaymaq idxalı 2025-ci ilin 11 ayında artıb

Azərbaycana 2025-ci ilin yanvar–noyabr aylarında 13 695,06 ton süd və qaymaq idxal edilib, statistik dəyəri 24 672,64 min ABŞ dolları təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. 

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə tonla 11,2%, dəyər baxımından isə 21,7% artım deməkdir. 2024-cü ilin yanvar–noyabr aylarında ölkəyə 12 316,83 ton süd və qaymaq idxal olunmuş, idxalın statistik dəyəri 20 293,44 min dollar təşkil etmişdi.

Aytac 

Seçilən
53
27
anews.az

10Mənbələr