AZ

Xanlarova buna əsasən işdən çıxarılıb - Rəsmi

Öz ərizəsi və müraciəti əsasında əməkdar artist Mehriban Xanlarova ilə əmək müqaviləsinə xitam verilib.

Bu barədə Gundem.az-a Akademik Milli Dram Teatrının mətbuat xidmətindən bildirilib.

Qurum əlavə açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadənin daha 6 ay vəzifəsində saxlanılmasına etiraz olaraq işdən çıxmaqla bağlı ərizə verdiyini bildirmişdi. Azdramdan ərizəyə 1 ay müddətində baxılacağı bildirilsə də, 3 gün ərzində M.Xanlarovanın işdən çıxmaqla bağlı istəyi təmin edildi.

M.Xanlarova isə ərizəsinin qəbul edilməsindən təəccübləndiyini gizlətmədi və bunu gözlənilməz adlandırdı.

Seçilən
49
4
gundem.az

5Mənbələr