AZ

Günəşdə "super partlayış" olacaq

Günəşdə "super partlayış" olacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.

Alimlərin fikrincə, Günəşdə əmələ gələn günəş ləkələri "super partlayış"ın siqnalı hesab edilə bilər.

Onlar qeyd ediblər ki, iki gün əvvəl Yerə yaxınlaşan cənub günəş ləkəsi qrupu 2025-ci ildə qeydə alınan ən böyük ölçüsünə çatıb.

"Belə böyük Günəş ləkəsi ulduzun daxilində "super partlayış" üçün enerjinin toplandığına işarə edə bilər", - deyə alimlər vurğulayıblar.

Seçilən
21
publika.az

1Mənbələr