AZ

Azərbaycan Kubokunda 1/8 finala start verilir – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinə start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Mərhələnin ilk oyununda Birinci Liqa təmsilçisi “Şahdağ Qusar” elitada mübarizə aparan “Turan Tovuz”u qəbul edəcək. Tərəflər Bakıda üz-üzə gələcəklər. Oyunu isə Rəvan Həmzəzadə idarə edəcək.

Günün digər oyununda iki paytaxt təmsilçisi – “Zirə” və “Neftçi” üz-üzə gələcək. Zirədə keçiriləcək oyunun baş hakimi Tural Qurbanov olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan oyunları dekabrın 3-də və 4-də keçiriləcək.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr

“Şahdağ Qusar” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Kərim Zeynalov, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Neftçi Arena”, 15:00.

“Zirə” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

3 dekabr

“Şamaxı” – “Baku Sportinq”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 14:00.

“İmişli” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: Fərid Hacıyev.
AVAR: Vüqar Həsənli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ” – “Karvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
VAR: Rəşad Əhmədov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Azersun Arena”, 19:00.

4 dekabr

“Qəbələ” – “Şəfa”
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Qəbələ şəhər stadionu, 15:00.

“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Elçin Məsiyev.
AVAR: Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
“Dalğa Arena”, 19:00.

“Difai” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

Seçilən
36
2
arena.az

10Mənbələr