AZ

Tofiq Bayrama hərs olunmuş “Şair ömür” bədii sənədli filminin təqdimatı baş tutub FOTOLAR

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nizami Kino Mərkəzində görkəmli şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə həsr olunmuş “Şair ömrü” bədii-sənədli filmi nümayiş edilib.

Moderator.az xəbər verir ki, tədbirdə şairin ailə üzvləri, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər. Ekran əsərinin ssenari müəllifi Günel Mehri, baş prodüser Elnur Teymuroğlu, quruluşçu rejissor Ruslan Hüseyn, quruluşçu operator Orxan Qurbanov, prodüser isə İbrahim Ağazadədir. Məlumat verilib ki, portret janrında çəkilən filmdə süni intellekt texnologiyasından istifadə edilib. Tofiq Bayramın bacısı Svetlana Bayramova filmin yüksək səviyyədə hazırlandığını bildirib. Svetlana Bayramova qeyd edib ki, “Film son dərəcə peşəkarlıqla hazırlanıb və Tofiq Bayramın yaradıcılığının zənginliyini, onun sənət dünyasının dərinliyini gözəl əks etdirir”. Filmi izləyənlər çox olduğundan, izdiham yaşanıb, hətta bəziləri ayaqüstə filmi izləyib.

Şairin bacısının sözlərinə görə Tofiq Bayramın himayə edilməsində unudulmaz Heydər Əliyevin böyük xidməti və xeyirxahlığı olub. Şairin ötən əsrin 70-ci illərində türk müğənnisinə yazdığı şeirin Türkiyədə yayılması Moskvada bəzi dairələrin etirazına səbəb olub, Bakıya "tədbir görülsün” mesajı gəlib. Millətinin söz adamlarını həmişə hifz etməyi bacaran Heydər Əliyev böyük ustalıqla Tofiq Bayramı bu təzyiqlərdən, hətta həbsdən qoruya bilib. Tofiq Bayram müxtəlif iş yerlərində çalışsa da onun dəyişməyən əsas iş yeri isə yazı masası olub ki, ədəbiyyatımız, poeziyamız üçün bir-birindən dəyərli əsərlər yazıb, tərcümə ilə məşğul olub. 1998-ci ildə sentyabrın 24-də Əmircan qəsəbəsində Tofiq Bayramın büstünün və onun adını daşıyan istirahət parkının açılışında ümummilli lider Heydər Əliyev çıxış edərək demişdir: “Suraxanı torpağı Azərbaycana, xalqımıza böyük insanlar vermişdir. Onların arasında Tofiq Bayramın xüsusi yeri var. Tofiq Bayram Azərbaycanda gözəl şeirləri və sözlərinə bəstələnmiş mahnıları, fədakar yaradıcılığı ilə tanınmış və məşhur olmuşdur. Tofiq Bayramın sağlığında da xalq həmişə ona sevgi və məhəbbətini, hörmətini bildirmişdir. Mən şəxsən Tofiq Bayramla dəfələrlə görüşmüşəm, danışmışam, yazıçıların qurultaylarında onlarla görüşlərimdə, bəzən rayonlara etdiyim səfərlərimdə bir yerdə olmuşuq. Onun haqqında gözəl xatirələrim var”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
moderator.az

2Mənbələr