AZ

ABŞ Cənubi Koreya avtomobillərinə rüsumları azaldır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın ticarət naziri Hovard Lutnik Cənubi Koreyadan idxal edilən avtomobillərə tətbiq edilən tarif dərəcəsinin 15 faizə endiriləcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Departamenti ABŞ və Cənubi Koreya arasında ticarət sazişi ilə bağlı dövlət katibi Lutnikin sosial mediada bəyanatını dərc edib.

Lutnik bildirib ki, Cənubi Koreya parlamentdə strateji sərmayə qanununu rəsmi olaraq qəbul etməyə hazırlaşır.

O həmçinin bildirib ki, təyyarə hissələrinə tətbiq edilən tariflər qaldırılacaq və Cənubi Koreyanın qarşılıqlı tarif dərəcələri Yaponiya və Avropa İttifaqı (Aİ) ilə uyğunlaşdırılacaq.

ABŞ-ın Cənubi Koreyadan idxal etdiyi avtomobillərə rüsum 25 faiz səviyyəsində olub.

Seçilən
16
1
banco.az

2Mənbələr