Masallıda ölümlə nəticələnən qəza baş verib.
"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Həsənli kəndində baş verib.
1990-cı il təvəllüdlü Fərmudə Hüseynova idarə etdiyi “Nussan" markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni ititrib və maşın aşıb.
Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü Gülşən İsmayılova 1985-ci il əvəllüdlü Nuriyə Nuriyeva və 1961-ci il təvəllüdlü Sevda Vəlişova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, S.Vəlişova aldığı xəsarətlərdən rayon mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız