AZ

Bakıda və Masallıda ağır qəza: ölənlər var - VİDEO

Bakıda avtomobillə yük avtomobili toqquşub.

Bu barədə Azreform.info a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

"KİA" markalı minik avtomobilinin "KAMAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1991-ci il təvəllüdlü Bağırzadə Məhərrəm Dilafət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində minik avtomobilinin sərnişini, 1963-cü il təvəllüdlü Məmmədova Gəvahir İsmayıl qızı ölüb.

Bundan əlavə, Masallı rayonunda da ağır yol-nəqliyyat hadisəsi baş verib. avtomobil aşıb.

"Report" yazır ki, 1990-cı il təvəllüdlü Hüseynova Fərmudə Əlipənah qızı idarə etdiyi "Nissan Sunny" markalı minik avtomobillini aşırıb.

Nəticədə sürücü F.Hüseynova, avtomobildə olan sərnişinlər 1975-ci il təvəllüdlü İsmayılova Gülşən İsa qızı, 1985-ci il təvəllüdlü Nuriyeva Nuriyə Rasim qızı və 1961-ci il təvəllüdlü Vəlişova Sevda İsa qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına daxil olub. S.Vəlişova aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
8
11
azreform.info

10Mənbələr