AZ

Metroda sərnişin öldü

Bakı metrosunda ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dekabrın 1-i saat 07 radələrində metronun “Əhmədli” stansiyasında qeydə alınıb.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Elçin Babəli oğlu Babayevin halı stansiyada qəfil pisləşib. Təcili tibbi yardım briqadası gələnədək o vəfat edib.

59 yaşlı şəxsin infarktdan öldüyü bildirilib.

Araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
30
26
cebheinfo.az

10Mənbələr