AZ

Qida zəhərlənməsinin ən çox yayılmış simptomları və səbəbləri

Medicina portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən paylaşılan məlumatlara görə, hər il milyonlarla insan düzgün saxlama, düzgün bişirilməməsi və ya korlanmış qidanın istehlakı səbəbindən qida yolu ilə keçən xəstəliklərə yoluxur.

Mütəxəssislər qeyd edirlər ki, gigiyena və saxlama qaydalarına əməl edilmədikdə, xüsusən də qida evdə hazırlandıqda risk daha yüksəkdir.

Medicina.az xəbər verir ki, mütəxəssislərin fikrincə, qida zəhərlənməsinin simptomları adətən bir neçə saat ərzində özünü göstərir:

-Ürəkbulanma və qusma

-İshal

-Qarın ağrısı və sancıları

-Hərarət və halsızlıq

-Başgicəllənmə və iştahsızlıq

Ağır hallarda simptomlar 24-48 saat davam edə bilər və uşaqlarda, yaşlılarda və xroniki xəstəlikləri olan insanlarda daha ağır olduğu bildirilir.

QİDA ZƏHƏRLƏNMƏSİNİ ARTIRAN ƏN KRİTİK SƏHVLƏR

-Çiy qidaların (xüsusilə toyuq, ət və yumurta) digər qidalarla təmasda olması

-Qidaları uzun müddət otaq temperaturunda saxlamaq

-Qeyri-kafi bişirmə (aşağı daxili temperatur)

-Xoralanmış və ya müddəti bitmiş məhsulların istehlakı

QİDA ZƏHƏRLƏNMƏSİNİN QARŞISINI ALMAQ ÜÇÜN SADƏ TƏDBİRLƏR

1. Əllərinizi sabunla 20 saniyə yuyun və mətbəx səthlərini təmiz saxlayın.

2. Çiy və bişmiş qidaları ayırın. Eyni doğrama taxtasından istifadə etməyin. Çarpaz çirklənmə riskini nəzərə alın.

3. Qidaları yaxşıca bişirin. Toyuq, ət və balığın daxili temperaturu ən azı 70°C-yə çatmalıdır.

4. Soyuducular 4°C-dən aşağı, dondurucular isə -18°C-də işləməlidir.

5. Korlanmış süd məhsullarından və əridilmiş və yenidən dondurulmuş qidalardan çəkinin.

Aygün

Medicina.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
icma.az

2Mənbələr