AZ

Turizm həmləsi: 7 ölkəyə vizasız giriş

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Boliviyada keçirilən seçkilərdə qalib gələn mərkəz sağçı Rodriqo Paz hökuməti ABŞ və İsrail vətəndaşlarına tətbiq olunan viza tələbinin ləğv edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, xarici işlər naziri Fernando Aramayo inzibati paytaxt La Pazdakı Hökumət Sarayında keçirdiyi mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

Aramayo bildirib ki, turizmin inkişaf etdirilməsi məqsədilə başda ABŞ və İsrail olmaqla, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Latviya, Estoniya və Rumıniyadan gələn ziyarətçilər üçün viza tələbi ləğv olunub. O, 2026–2029-cu illər ərzində turizmdən azı 320 milyon dollar gəlir əldə olunacağını gözlədiklərini qeyd edib.

Nazir əvvəlki hökumətin adını çəkmədən onu tənqid edərək, 2008-ci ildən bəri müxtəlif ölkələrdən gələn turistlərə tətbiq olunan viza məcburiyyətinin “iqtisadi” və “ideoloji” səbəblərlə əsaslandırıldığını deyib.

Boliviya Prezidenti Rodriqo Paz isə çıxışında viza tələbi səbəbindən ölkənin 80 milyon dollardan çox gəlirdən məhrum olduğunu, bu tədbirin faydadan çox zərər gətirdiyini vurğulayıb.

Qeyd edək ki, sabiq prezident Evo Morales dövründə, 2007-ci ildə ABŞ vətəndaşları üçün viza məcburiyyəti tətbiq olunmuşdu. Bu qərar 2019-cu ildə keçmiş müvəqqəti prezident Janin Añez tərəfindən ləğv edilsə də, əvvəlki prezident Luis Arse tərəfindən 8 fevral 2021-ci ildə yenidən qüvvəyə minmişdi.

İsrail vətəndaşlarına viza tələbi isə Morales hökuməti dövründə, 2014-cü ildən etibarən tətbiq olunmağa başlamışdı.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr