“28 Mall” Ticarət Mərkəzinin parkinqində oğurluq hadisəsi baş verib.
Hdisəni törətməkdə şübhəli bilinən C.V. (2000-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olub) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.
Məlum olub ki, C.V. parkinqdə vətəndaşlara məxsus avtomobillərdən uşaqlara aid skuteri və velosipedi oğurlayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 ay müddətinə inzibati qaydada həbs edilib. (Qaynarinfo)


