AZ

Şəkidə turistlərin gecələmə sayı 21 mindən çox olub

"Azərbaycanın şimal-qərb bölgəsi turizm cəhətdən çox maraq cəlb edən bölgələrdən biridir. Şəki isə turizm sahəsində öz unikallığı ilə seçilir. Şəki bölgədə ən çox tarixi abidələri və digər turistik məkanlar mövcuddur". 

Ölkə az xəbər verir ki, bunu Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov jurnalistlərə açıqlamasında deyib.

Şəkiyə gələn turistlər barədə məlumat verən Məlikov deyib ki, cari ildə Şəkidə gecələmə sayı 21 mindən artıq olub. "Ümumi olaraq hotellərdə gecələyən turist sayı 17 mindən artıqdır. Şəki regionu icma əsaslı turizm olduğuna görə bu rəqəmlər reallığı tam əks etdirməyə bilər. Çünki bizim regiona aid olan bütün rayonlarda icma əsaslı turizm, yəni qonaq evləri fəaliyyət göstərir. Burada insanlar öz fərdi evlərini qonaqlara təqdim edir. Bunu nəzərə alsaq, hesab edirəm ki, bu rəqəm daha yüksəkdir, bu vizual olaraq da müşahidə olunur”,- o vurğulayıb.

Məlikov bildirib ki, Şəkidə hazırda 42 yerləşmə müəssisəsi şəkildə fəaliyyət göstərir: “Bu 42 yerləşmə müəssisəsində ümumi nömrə fondu 830-dan artıqdır. Biz yerləşmə müəssisəsi dedikdə sırf hotelləri nəzərə almırıq, çünki “Turizm haqqında” qanunda “hotel” anlayışı ayrıca bir kriteriya kimi müəyyən olunub və bu istiqamətdə Dövlət Turizm Agentliyi tərəfindən ulduz sertifikatının verilməsi ilə bağlı mütamadi olaraq işlər icra edilir.

Artıq yerləşmə müəssisələrində hotel kateqoriyasına aid olan 14 müəssisənin xüsusi sifariş forması yazılaraq audit həyata keçirilib və bugünkü statistik məlumatlara görə, Şəki şəhərində 1 beş ulduzlu, 6 üç ulduzlu, 1 iki ulduzlu hotel fəaliyyət göstərir. Digər müəssislər isə ulduz kriteriyasına uyğun gəlmədikləri üçün ulduzla təsnif edilməyiblər. Bu kriteriya davamlı olaraq dəyişir. Ulduz təsnifatı almayan müəssisələr özlərində olan xidmətləri və infrastrukturunda olan dəyişiklər əsasında yenidən müraciət edə bilərlər”.

Mürtəza

Seçilən
21
2
olke.az

7Mənbələr