AZ

Avtomobilə dəfn mərasimikeçirdilər

Hindistanın Qucarat ştatının Padarşinqa kəndində ailə özlərinə uğur gətirdiyinə inandıqları avtomobil üçün qeyri-adi dəfn mərasimi keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Məlumata görə, tikinti sahəsində çalışan sahibkar Sancay Polara 12 illik miniveninə təntənəli dəfn mərasimi təşkil edib. Tədbirdə təxminən 1500 nəfər iştirak edib.

Güllər və çələnglərlə bəzədilən avtomobil əvvəlcədən hazırlanmış, 4,5 metr dərinliyində xüsusi məzara gətirilib. Daha sonra hindu ənənələrinə uyğun olaraq “samadhi” adlı ritual icra edilib, dualar oxunub, qızılgül ləçəkləri səpilib. Avtomobil yaşıl parça ilə örtülərək tikinti texnikasının köməyi ilə torpağa endirilib.

Sancay Polara bildirib ki, miniveni 12 il əvvəl alıb və bu avtomobil ailəsinə həm biznesində, həm də şəxsi həyatında uğur gətirib:

"Bu maşın ailəmizə bolluq və hörmət qazandırdı," - deyə o qeyd edib.

Mərasimin təşkili, din xadimlərinin iştirakı və 1500 qonaq üçün verilən ehsan daxil olmaqla təqribən 4000 dollar xərc tələb edib. Avtomobilin dəfn olunduğu yerdə isə ağac əkilməsi planlaşdırılır.

Nuriyyə NATİQQIZI

Seçilən
3
1
redaktor.az

2Mənbələr