AZ

Energetika naziri Mariyana Kuyundziç ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Energetika naziri Pərviz Şahbazov ilə Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç arasında görüş keçirilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, görüşdə enerji sahəsində Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın Avropanın enerji təchizatındakı etibarlı tərəfdaş rolu, habelə bərpaolunan enerji sahəsində fəaliyyəti yüksək qiymətləndirilib. Görüş zamanı “Enerji Dialoqu” formatında əməkdaşlıq əlaqələrinin davam etdirilməsi, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycandan Avropaya elektrik enerjisi ixracını təmin edəcək “Yaşıl Enerji Dəhlizi” layihələrinin icrası nəzərdən keçirilib.

Görüşdə, həmçinin “EU4Energy” proqramı, dekarbonizasiya, enerji səmərəliliyi, hidrogen və digər perspektivli istiqamətlər üzrə əməkdaşlıq məsələlərinə də toxunulub.

Seçilən
0
5
hafta.az

7Mənbələr