AZ

Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsinin hesabatı təqdim edilib

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Newscenter.az xəbər verir ki, görüşdə Vüqar Gülməmmədov səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib və qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, iki qurum arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.Dr. Hussam Alanqari Azərbaycan nümayəndə heyətini salamlayaraq Assambleyada iştirak etdiklərinə görə təşəkkür edib. O, Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hesablama Palatasının sədrinə həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
7
newscenter.az

8Mənbələr