AZ

Odessada DƏHŞƏT: Yaşayış binasında 3 qumbara PARTLADILDI – FOTO/VİDEO

Odessada yaşayış binasında partlayış olub – kişi üç qumbara atıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Məlumata əsasən, Ukraynanın Odessa şəhərində yerləşən yaşayış binalarından birində partlayış baş verib. Bildirilir ki, bir kişi binanın daxilində üç əl qumbarasını partladıb.

Hazırda hadisə nəticəsində ölən və ya yaralananların sayı barədə dəqiq məlumat yoxdur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
35
26
interpress.az

10Mənbələr