Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabov rəsmi olaraq diplomatik fəaliyyətə başlayıb.
"Yeni Sabah" IRNA-ya istinadla xəbər verir ki, o, 9 il Azərbaycanın Təbrizdəki baş konsulu olmuş Əlinağı Hüseynovun geri çağırılmasından sonra, Prezident İlham Əliyevin sərəncamı ilə bu il oktyabrın 27-də İrana təyinat alıb.
Yeni baş konsul İran Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşdən sonra rəsmi olaraq fəaliyyətə başladığını açıqlayıb.
Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, nazirliyin Protokol üzrə baş direktoru Əli Əkbər Nəzəri və nazir müavini, Avrasiya üzrə baş direktor Mənuçöhr Moradi ilə görüşüb.
Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional əməkdaşlıq, ticarət və mədəniyyət sahələrində ortaq maraq doğuran sahələr barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Xarici İşlər Nazirliyinin Protokol İdarəsinin baş direktoru ilə ayrıca görüşdə də konsulluq etimadnaməsini təqdim edib.
Telegram kanalımız