Bakı, 4 dekabr, AZƏRTAC
ABŞ-ın Ukraynaya dair sülh planının bölündüyü dörd paketə ərazi və iqtisadi məsələlər, həmçinin Ukraynanın suverenliyi və Avropa təhlükəsizliyi mövzuları daxildir.
AZƏRTAC xəbər verir ki, “The New York Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, paketlərdən biri Ukraynanın suverenliyi, sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və raket poliqonları ilə bağlı məsələləri nəzərdə tutur. Digər müddəalar isə ərazi güzəştləri, iqtisadi əməkdaşlıq və daha geniş Avropa təhlükəsizliyi ilə bağlıdır.
Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonun daha əvvəl hazırladığı sülh planının 28 bəndinin aktual olduğunu və müzakirənin davam etdiyini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar sülh planını dörd ayrı paketə bölməyi təklif edib.