Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı “inanılmaz təzyiq” cgöstərildiyini vurğulayan Bart de Vever həmin vəsaitlərin Ukraynaya verilməsi cəhdini “oğurluq” adlandırıb.
“Başqa ölkənin dondurulmuş aktivlərinin, onun suveren fondlarının oğurlanması əvvəllər heç vaxt olmayıb. Bu, Rusiya Mərkəzi Bankının puludur. Hətta İkinci Dünya Müharibəsi zamanı alman pulları müsadirə edilməyib, sadəcə dondurulub”,- Belçikanın baş naziri bildirib.
![]() |
| Bakının mərkəzində bina yanır |
- Ancaq həqiqətən də, kim Rusiyanın Ukraynada uduzacağına inanır? Rusiya uduzmayacaq. Bu, nağıldır, tam illüziyadır. Nüvə silahına malik ölkədə qeyri-sabitlik hökm sürməsin deyə, uduzmaq belə arzuolunmazdır. Həm də, Putinin Rusiyanın aktivlərinin müsadirəsini sakitcə qəbul edəcəyinə kim inanır? Moskva açıq şəkildə bildirdi ki, müsadirə baş verərsə, Belçika və şəxsən mən bunun nəticələrini “əbədi” hiss edəcəyik. Məncə, bu kifayət qədər uzun müddət olacaq”, - Bart de Vaver öz mövqeyini əsaslandırıb.
Bundan əvvəl Belçikanın Xarici İşlər naziri Maksim PrevoAvropa Komissiyasının (AK) dondurulmuş Rusiya aktivlərinin Ukraynaya ötürülməsi ilə bağlı yenilənmiş, lakin hələ dərc olunmamış planının Belçika üçün tamamilə qəbuledilməz təklif kimim qiymətləndirmişdi.
Mənbələrə istinad edən Avropanın “Politico” nəşri də Rusiyanın Avropa İttifaqında (Aİ) dondurulmuş aktivlərinin mümkün müsadirəsi ilə bağlı vəziyyətin dalan dirəndiyini yazıb.
“Ukraynaya “təzminat krediti”nin ayrılması təklifi Almaniya kansleri Fridrix Mertslə Belçikanın baş naziri Bart de Vever arasında fikir ayrılığındansonra problemə çevrilib. Sentyabr ayında Merts Ukraynaya yardım göstərmək üçün Aİ-ni Rusiyanın aktivlərini müsadirə etməyə çağırıb. Həmin vaxt Bart de Vever Rusiyanın suveren aktivləri ilə bağlı bir neçə Aİ rəsmisi ilə danışıqlar aparırdı”,- qəzet xatırladır.
Bu kontekstdə, Avropa liderləri hələ də Bart de Veverlə ümumi dil tapa bilmirlər ki, bu da Rusiya aktivlərinin müsadirəsinə dair yekun plan üzrə razılaşmaya mane olur. Danışıqların məzmunundan hali olan bir avropalı məmurun sözlərinə görə, daxili fikir ayrılıqları Aİ-nin razılaşdırılmış qərara gəlməsini əngəlləyəcək.
Sahil İsgəndərov
AzVision.az
