Vaşinqton, 4 dekabr, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədə Konqo Demokratik Respublikası Prezidenti Feliks Çisekedi və Ruanda Prezidenti Pol Kaqame və Donald Tramp imza atıblar. İmzalanma ABŞ Sülh İnstitutunda baş tutub. Donald Tramp prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu xatırladaraq, tərəflərlə tarixi sülh və iqtisadi razılaşma imzaladığını açıqlayıb. Mərasimdə Anqola, Brundi, Keniya və bir sıra dövlətlərin dövlət başçıları və yüksəksəviyyəli rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bu ilin iyununda ABŞ-ın vasitəçiliyi iki ölkənin xarici işlər nazirlikləri arasında sülh müqaviləsi imzalanıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton