AZ

Ruanda və Konqo liderləri Trampın iştirakı ilə sülh sazişi imzalayıblar

BAKI, 5 dekabr. TELEQRAF

Ruanda və Konqo Demokratik Respublikasının (KDR) prezidentləri Pol Kaqame və Feliks Tşisekedi Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişi imzalayıblar.

Teleqraf xəbər verir ki, xarici KİV məlumat yayıb.

ABŞ prezidenti afrikalı həmkarları ilə Oval kabinetdə bağlı qapılar arxasında görüşüb, ardınca Ağ Evin yaxınlığında, Sülh İnstitutunda sənədin imzalanması mərasimi ilə yekunlaşan üçtərəfli danışıqlar olub.

"Biz onilliklərdir davam edən müharibəni həll edəcəyik", Tramp deyib.

Amerika lideri xalqlar arasında əməkdaşlıq və harmoniyanın yeni dövrünü elan edərək, Afrika prezidentlərini “heyrətləndirici insanlar” adlandırıb.

İyunun 27-də tərəflər Vaşinqtonda münaqişənin həllinə dair saziş imzalayıblar. Sənədin bir hissəsi olaraq, ölkələr 2024-cü ildə əldə edilmiş, Ruanda qoşunlarının 90 gün ərzində çıxarılmasını və 30 gün ərzində birgə təhlükəsizlik koordinasiya mexanizminin yaradılmasını ehtiva edən razılaşmaları dəstəkləməyi öhdələrinə götürdülər.

Seçilən
91
13
teleqraf.com

10Mənbələr