ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedi və Ruandanın prezidenti Pol Kaqame iki ölkə arasında sülh sazişi imzalayıblar.Bizim.Media xəbər verir ki, mərasim Vaşinqtondakı Sülh İnstitutunda baş tutub. Tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.
Tramp bildirib ki, saziş daimi atəşkəs, qeyri-dövlət silahlı qüvvələrinin tərksilah edilməsi, qaçqınların öz evlərinə qayıtması və “qanunsuz cinayətlərə” qarışan bütün şəxslərin məsuliyyətə cəlb olunmasını nəzərdə tutur.
“Bu gün imzaladığımız sənəd Vaşinqton sazişləri kimi tanınacaq. Hamı bu adı bəyəndi”, - deyə Tramp bildirib. Saziş KDR-in şərqindəki döyüş əməliyyatlarına son qoyur.
Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.