"Mortal Kombat" filmindəki Şanq Tsunq rolu ilə tanınan aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, aktyor ailəsinin əhatəsində insult keçirdiyi ağırlaşmalardan vəfat edib.
O, həmçinin "Sonuncu İmperator", "Bir Geyşanın Xatirələri" və "Yüksək Qaladakı Adam" filmlərindəki rolları ilə də tanınır.