AZ

Bu ölkələr  İsrailə görə  “Eurovision”-dan imtina ETDİ

Avropa Yayım Birliyinin (EBU) Baş Assambleyasının İsrailin “Eurovision 2026”da iştirakına icazə verməsi bir sıra ölkələrin etirazına səbəb olub. Vətəninfo.az France24-ə istinadən  xəbər verir ki, qərardan sonra İspaniya, İrlandiya, Hollandiya və Sloveniya müsabiqədən imtina etdiklərini açıqlayıblar.

Məlumata görə, adıçəkilən ölkələr Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda İsrailin yarışda iştirakına əvvəlcədən etiraz etmişdilər. Onların milli yayımçıları da müsabiqəni efirə verməkdən imtina edib.

Hazırda 31 ölkə “Eurovision 2026”da iştirakını təsdiqləyib. Bununla belə, İslandiya və Belçikanın yayımçıları hələ qərar verməyib və artıq təsdiqləyən bəzi ölkələrin də qərarlarını dəyişmək ehtimalı qalır.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merz İsrailin “Eurovision”dan mümkün xaric edilməsini “qalmaqal” adlandırmış və belə bir vəziyyətdə Almaniyanın könüllü şəkildə yarışdan çəkilməsini “dəstəkləyəcəyini” bildirmişdi.

Seçilən
57
6
veteninfo.az

10Mənbələr