AZ

İctimai nəqliyyat növləri üzrə vahid mobil tətbiq istifadəyə verilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ölkədə ilk dəfə olaraq “AYNA MaaS” tətbiqini istifadəyə verib.

Bu barədəAYNA-dan bildirilib.

Üç dildə (Azərbaycan, ingilis və rus) təqdim edilən “AYNA MaaS” tətbiqi səmərəli səyahəti və istifadəçilərə nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlığını təmin etmək və ictimai nəqliyyat xidmətlərini təkmilləşdirmək üçün nəzərdə tutulmuş mobillik proqramıdır. Bu rəqəmsal nəqliyyat platformasımüxtəlif nəqliyyat növlərini (avtobus, metro, dəmiryolu, skuter, velosiped) vahid tətbiqdə birləşdirir. Platforma istifadəçiyə bir tətbiq vasitəsilə müxtəlif nəqliyyat növləri arasından ən uyğun marşrutu seçməyə, səfər planlamasını həyata keçirməyə, ödəniş üsulları, real vaxt rejimində qrafik və nəqliyyatın gəlmə vaxtı barədə məlumat əldə etməyə imkan verir.

Tətbiqə Bakı şəhərində fəaliyyət göstərən bütün mikromobillik operatorları da inteqrasiya edilib. Platforma vasitəsi ilə mikromobillik vasitələrinin dayanacaqlarını müəyyən etmək, həmçinin istifadəyə hazır skuterlər barədə məlumat almaq, habelə skuter və velosipedlərin icarəsi üçün müraciət etmək olar.

Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün istifadəçi müvafiq bölməyə mobil nömrəsini yazaraq istifadə şərtləri və qaydaları ilə tanış olur. Növbəti bölməyə isə həmin nömrəyə SMS vasitəsilə göndərilən təsdiq kodu daxil edilir, daha sonra isə şifrə təyin olunur.

İstifadəçi “Səyahət planı” bölməsindən A nöqtəsindən B nöqtəsinə qədər səyahəti tarix və zamanı seçərək planlaşdıra bilər. Təklif olunan marşrutlarda piyada və ya avtobus, metro, dəmiryolu, skuter, velosiped kimi nəqliyyat növləri mövcuddur. “Ən sürətli”, “ən az transfer”, “ən az piyada” və “ən az CO2” kimi gediş seçimlərindən uyğun marşrutu təyin etdikdən sonra səyahətə başlaya, həmçinin “bilet al” bölməsindən ödəniş etmək üçün müvafiq tətbiqlərə keçid edə bilərsiniz.

“AYNA MaaS” vasitəsilə “Nəqliyyat” bölməsindən dayanacağı seçərək yaxınlaşan nəqliyyat vasitələrini real zamanda görmək mümkündür.

“Yaxın dayanacaqlar” bölməsində isə ən yaxın dayanacaqların siyahısını görə və həmçinin xəritə üzərində dayanacaqları seçə bilərsiniz.

Seçilən
20
8
aznews.az

9Mənbələr