AZ

Gənclər niyə infarkt keçirir? – SƏBƏB AÇIQLANDI

“Son dövrdə gənc insanların infarkt keçirməsi ürək-damar xəstəliklərinin yaş həddinin ciddi şəkildə aşağı düşdüyünü göstərir. Müayinə edilən pasiyentlərin böyük hissəsində həyat tərzi amillərinin ağır rol oynadığı müşahidə olunur”.

KONKRET.az xəbər verir ki, bunu kardioloq Kənan Əhməd Demokrat.az-a açıqlamasında söyləyib.

Həkim vurğulayıb ki, xüsusilə qeyri-sabit qidalanma və yüksək yağlı yeməklər damarların vaxtından əvvəl zədələnməsinə səbəb olur:

“Stress hormonlarının uzunmüddətli yüksəlməsi ürəyin yükünü artırır və damar divarlarında spazm yaradır. Siqaret və elektron siqaretlər gənclər arasında geniş yayıldığı üçün risk daha da kəskinləşir. Hərəkətsiz həyat tərzi qan dövranını zəiflədir və tromb əmələ gəlməsinə şərait yaradır. Artıq çəki və qarın piylənməsi metabolik gedişatı pozaraq ürək əzələsinə mənfi təsir göstərir. Qanda şəkərin yüksək olması damarların iç səthini korlayır və infarkt ehtimalını artırır. Gənclər arasında gizli hipertoniyanın artması da təhlükəli faktorlardan biridir. Yuxu rejiminin pozulması və gecə saatlarında oyaq qalmaq ürək ritmini sabitsizləşdirə bilir. Ailə anamnezində erkən infarkt olan şəxslər isə daha yüksək risk daşıyır. Bu göstəricilər birlikdə gənc yaşlarda infarktın niyə çoxaldığını açıq şəkildə izah edir və profilaktikanın vacibliyini ön plana çıxarır”.

Seçilən
18
konkret.az

1Mənbələr