Bakı. Trend:
DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtıVaşinqtonda olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının(AFFA) prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan FutbolFederasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı AFFA və PFF futbol sahəsindəəməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumuimzalayıblar. Sənədin imzalanmasında məqsəd iki ölkənin milliassosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futboluninkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarınıntəşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasındayoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlikvə əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsivə təhsili sahəsində əməkdaşlıq edəcək.
Məlumata görə, bu razılaşma hər iki ölkədə futbolun inkişafına,gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanlarınyaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq,qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.