Aydında şiddətli yağışlar təsir etdi
Aydının Didim rayonunda leysan yağış səbəbindən dənizin rəngi dəyişib və Altınkum çimərliyinin böyük bir hissəsi suyun altında qalıb. Rayona yağan güclü yağış səbəbindən Cümhuriyyət, 19 May və Ege küçələrində, eləcə də Adnan Menderes bulvarında su gölməçələri əmələ gəlib.
Suyun yığılması səbəbindən bəzi ərazilərdə nəqliyyatın hərəkəti pozulub.
Şəhərin dünyaca məşhur Altınkum çimərliyi də su ilə örtülüb və dənizin rəngi dəyişib.Meteorologiya xidmətinin məlumatına görə, hər kvadrat metrə 61,4 kiloqram yağış düşüb.
Rayon sakini Gülüstan Yarıcı uzun müddətdir bu qədər əhəmiyyətli miqdarda yağış görmədiklərini bildirib.
aia.az
Tərcümə şöbəsi