Kreml Ukrayna üçün sülh planının ehtimal olunan müəllifini açıqlayıb
ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinə son qoymaq üçün sülh planının tərtibatçısı ola bilər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bunu jurnalist Pavel Zarubinlə müsahibəsində bildirib.
Uşakov qeyd edib ki, "Bir çox cəhətdən, əgər nizamlanmaya aparan hər hansı bir plan kağız üzərində tərtib olunmağa davam edərsə, onu həyata keçirən cənab Kuşner olacaq".
Uşakov daha əvvəl Kuşnerin Amerika liderinin xüsusi elçisi kimi fəaliyyətini yüksək qiymətləndirmiş və onun Ukraynadakı münaqişənin həlli üzərində fəal şəkildə işlədiyini qeyd etmişdi.
aia.az
Tərcümə şöbəsi