AZ

Şirkət rəhbərinə borca görə "stop" qoyuldu

“Diagram Media” MMC-nin rəhbərinə “stop” qoyulub.

Hit.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazova bununla bağlı qətnamə çıxarıb.

İş materiallarından məlum olur ki, şirkətin dövlət büdcəsinə 18 411,39 manat borcu olub. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Qurum məhkəmədən borc ödənilədək şirkət rəhbərinə “stop” qoyulmasını istəyib. 

Məhkəmə də ərizəni təmin edib. 

“Diagram Media” MMC 2025-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. MMC-nin rəhbəri Heydərov Hacı Səttar oğludur. Şirkətin hazırda 19 955,47 manat vergi borcu var.

Abbas 
 

Seçilən
22
9
hit.az

10Mənbələr