AZ

Avantürist cəhdlər, reallaşmayan xülyalar və miskin insanlar - Kamaləddin Qafarov

Bakı. Trend:

Ramiz Mehdiyev-Əli Kərimli-Milli Şura antidövlətçilik xəttininiflası və ifşası Azərbaycanın siyasi sisteminə qarşı planlaşdırılantəxribatların mahiyyətini açıq şəkildə göstərdi. Bir vaxtlarhakimiyyət strukturlarında mühüm rol oynayan, lakin sonradan siyasimeydanda öz təsir imkanlarını itirən Ramiz Mehdiyev üçün kənardanprosesləri manipulyasiya etmək əsas hədəfə çevrilmişdi. Əli Kərimliisə uzun illərdir reallıqlara uyğunlaşmayan, cəmiyyətdən dəstəkgörməyən müxalifət iddiasını yalnız belə ittifaqlarla davametdirməyə çalışırdı. Nəticədə bu iki fiqur və "mifik struktur"arasında yaranan siyasi simbioz ölkədə qeyri-sabitlik yaratmaq,hakimiyyətə təzyiq göstərmək və nəhayət, dövlət çevrilişi yolu iləhakimiyyəti ələ keçirmək planlarının mərkəzinə çevrildi.

Trend xəbər verirki, Milli Məclisin deputatı Kamaləddin Qafarov son dövrdə ölkədəifşa edilən antimilli qaragüruhu belə dəyərləndirib.

Onun fikrincə, Cəmi Həsənlinin rəhbərlik etdiyi Milli Şura layihəsihəmin planın ön səhnəsi idi. Formal olaraq müxalifət koalisiyasıkimi təqdim olunan bu qurum, əslində, daxildən iflasa məhkum idi.Çünki qurumun siyasi xəttini və qərarlarını müəyyən edən şəxslərinreal ictimai dayaqları yox idi. Milli Şura adına keçirilənmitinqlərin ardınca Ramiz Mehdiyevin kənardan diktə etdiyi digərtələblər və Əli Kərimlinin bu tələblərə kor-koranə əməl etməsifaktiki olaraq "icraçı-sifarişçi" modelini formalaşdırmışdı.Mehdiyev mitinqlərin davamlı olmasını, kütlənin küçələrəçıxarılmasını, sosial gərginliyin artırılmasını tələb edir, Kərimliisə bu prosesin önündə gedən əsas fiqur kimi təqdim olunurdu.Əslində isə, icra edilən planın arxasında qara qüvvələrin ölkədəxaos yaratmaq və siyasi sistemi təzyiq altında saxlamaq niyyətidururdu. Əlbəttə ki, bu niyyət Mehdiyev - Kərimli alyansının sadəcəiqtidara qarşı deyil, bütün Azərbaycan xalqına açıq-aşkar düşmənmövqelərini ortaya qoyur.

Əli Kərimlinin "Qafqaz baharı" ssenarisi də bu kontekstdə diqqətçəkir. O, regionda baş verən geosiyasi dəyişikliklərin Azərbaycandada analoji proseslər doğura biləcəyini düşünərək kənar güclərindəstəyi ilə çevrilişə bənzər prosesləri stimullaşdırmağa çalışırdı.Bu məqsədlə Rusiyadakı müəyyən qruplar, həmçinin diasporavasitəsilə maliyyə və informasiya dəstəyi təmin olunurdu. AXCP vəMilli Şura xəttinin Rusiyadakı bir qisim azərbaycanlılar tərəfindənmaliyyələşdirilməsi, bəzi şübhəli kanallarla əlaqələrin mövcudluğuartıq uzun müddətdir ictimai müzakirələrdə yer alırdı. Bu mexanizmhəm siyasi, həm də media təsirinin xaricdən yönləndirildiyini aşkarşəkildə göstərirdi.

Mehdiyev və Kərimlini birləşdirən keçmiş əlaqələr də təsadüfideyildi. Uzun illər ərzində eyni siyasi çevrədə fəaliyyət göstərmişbu şəxslər sonradan müxtəlif səbəblərlə fərqli mövqelərə keçsələrdə, hakimiyyətə münasibətdə ortaq narazılıq onların yollarınıyenidən birləşdirdi. "Boz kardinal" obrazı ilə tanınan RamizMehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi vəproseslərin koordinasiyası barədə yayılan məlumatlar bu ittifaqınxəyanətkar mahiyyətini bir daha üzə çıxarır.Ehtimal etmək olar ki,istintaq nəticəsində bu şəxslərin həmçinin 1991-1992-ci illərdəAzərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsində dəaparıcı rol oynadıqları aşkar edilə bilər. Bu gün ölkədə daxilisabitliyi sarsıtmağı, cəmiyyətdə qütbləşmə yaratmaqla dövlətinidarəetmə sistemini zəiflətməyi və beynəlxalq imicini zədələməyiözlərinə hədəf olaraq seçən düşmən ünsürlərin o keşməkeşli illərdəölkəni parçalayaraq marionet dövlətçiklərə ayırmaq kiminiyyətlərinin olması artıq heç kimi təəccübləndirməz.

Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Moskvanın CənubiQafqazdakı təsirini bərpa etmək planları da bu kontekstdə təsadüfideyil. Çünki prosesin əsas daşıyıcılarından biri kimi AXCP-nin öndəgetməsi, Mehdiyevin isə köhnə əlaqələrindən istifadə etməsiehtimalı ciddi təhlükə yaradırdı. Lakin cəmiyyətin yetkinliyi,dövlət institutlarının gücü və milli həmrəylik Azərbaycanda beləavantürist planların reallaşmasını mümkünsüz edir. Mehdiyev-Kərimliittifaqının iflası isə bir daha göstərdi ki, xəyanət üzərindəqurulan heç bir siyasi strategiya uzunömürlü ola bilməz. Bu cürcəhdlərin vaxtında aşkarlanması da dövlətçiliyin möhkəmlənməsi vəölkənin sükanının etibarlı əllərdə olması qənaəti baxımından mühüməhəmiyyət daşıyır.

Seçilən
23
12
az.trend.az

10Mənbələr