AZ

Azərbaycandan Avstraliyaya məhsul ixracı 3 dəfəyə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Avstraliyaarasında ticarət əməliyyatlarının həcmi 764,492 milyon ABŞ dollarıtəşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 271,6 milyon ABŞ dolları və ya 26,2% azdır.

Hesabat dövründə Avstraliya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,87%-i həcmində olub. Bununla dasözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarətəməliyyatları apardığı ölkələr sırasında 9-cu pillədəqərarlaşıb.

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan Avstraliyaya309 min dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eynidövrü ilə müqayisədə 195 min ABŞ dolları və ya 2,7 dəfə çoxdur.

Hesabat dövründə Avstraliyadan Azərbaycana isə 764,183 milyonABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 271,8 milyon ABŞ dolları vəya 26,2% azalma deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanxarici ölkələrlə 40,862 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,5 milyardABŞ dolları və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 21,637 milyard ABŞ dolları ixracın,19,225 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,1 milyard ABŞ dolları və ya 4,9% azalıb, idxal isə 2,6milyard ABŞ dolları və yaxud 15,6% artıb.

Nəticədə xarici ticarətdə 2,412 milyard dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 3,7 milyard ABŞ dolları və ya2,5 dəfə azdır.

Məqalədə:
Seçilən
37
9
az.trend.az

10Mənbələr