Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 463 ədədnoutbuk istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.
Məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23 827ədəd və ya 15,6 dəfə çoxdur.
Bundan başqa, bu ilin ilk 10 ayında Azərbaycanda 2 847 ədədstolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eynidövründəki göstərici ilə müqayisədə 1 783 ədəd, yaxud da 2,7 dəfəçoxdur.
Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrikavadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvaroktyabraylarında 253,4 milyon manatlıq məhsul istehsal olunub, əvvəlkiilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarınınistehsalı 11,6 faiz azalıb, kompüter, elektron və optik məhsullarınistehsalı isə 98,4 faiz artıb.