Bakı. Trend:
Azərbaycanla Ermənistan arasında sülhün institutlaşdırılmasıüzərində işləmək lazımdır.
Trend xəbər verirki, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi ArmenQriqoryan Qətərdə Doha Forumu çərçivəsində keçirilən panelmüzakirələrində deyib.
Müzakirələrdə Azərbaycan Prezidentinin köməkçisi – PrezidentAdministrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev də iştirak edib.
İrəvan və Bakı sülhə can atır və bu, çox vacibdir, çünki buolmadan beynəlxalq ictimaiyyətin səyləri nəticə verə bilməz. İndisülhün uzunmüddətli olması üçün onu institusionallaşdırmağınüzərində çalışmaq lazımdır”, – Qriqoryan qeyd edib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki,hazırda Bakı və İrəvanın narrativləri bir-birinə daha yaxındır,halbuki 1-2 il əvvəl tərəflər bir-birinə zidd mövqeləri müzakirəedirdi.
Avqust ayında Vaşinqtonda keçirilən görüşdən danışan Qriqoryanəlavə edib ki, bir çox məsələlərin müəyyənləşməsində İrəvan vəBakının mövqeləri, eləcə də ABŞ Prezidenti Donald Trampın sülhəsadiqliyi mühüm rol oynayıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.