2025-ci il dekabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 5,4 faiz artaraq 850,9 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 9,8 faiz artaraq 57,9 min olub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 6,4 faiz artıb və 231,3 min təşkil edib.