AZ

"Paşinyan Azərbaycanın müharibəyə başlamasına şərait yaratdı" - Köçəryan

"Ki-Uestdə "Artsax"ın (Qarabağda ləğv olunmuş qondarma rejimə verilən ad - red.) Ermənistana birləşdirilməsi variantı müzakirə olunurdu. Bu, masada idi və biz bu varianta çox yaxın idik, amma biz bunu birtərəfli şəkildə elan etmədik, çünki bunu elan etmək bir şey demək olardı: danışıqlar prosesinin uğursuzluğu və müharibəni qızışdırmaq üçün fürsət".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryan deyib.

O, ölkənin hazırkı baş naziri Nikol Paşinyanın "danışıqlar prosesi"ni pozduğunu açıqlayıb: "Paşinyan 2018-ci ildə nə etdi? O, danışıqlar prosesini pozdu, birtərəfli şəkildə "Arsax Ermənistandır və nöqtə" dedi və mahiyyət etibarilə Azərbaycanın müharibəyə başlamasına legitimlik siqnalı göndərən bir vəziyyət yaratdı. Biz bunu 1994, 1997, 2000, 2008-ci illərdə belə problemlərimiz olmasın deyə etmədik. Bu, həddindən artıq məsuliyyətsizlikdir, daha doğrusu, bu, cəhalət və axmaqlığın tətbiqi idi. Danışıqlar prosesimizin qarantı ABŞ, Rusiya, Fransa və Fransanın təmsil etdiyi AB idi. Paşinyan bu üçlüyü rədd edəndə Ermənistanda problemlər yarandı". /Unikal

Seçilən
126
4
bakivaxti.az

10Mənbələr