AZ

Tramp Amerika futbolunun adını dəyişməyi təklif edib

Futbol üzrə Dünya Çempionatı – FIFA 2026-nın püşkatma mərasimində iştirak edən ABŞ Prezidenti Donald Tramp Amerika futbolunun adını dəyişdirmək çağırışı ilə çıxış edib.

“Məgər sokker (ABŞ-də futbol “sokker” adlanır – red) əslində elə futbol adlandırılmalı deyilmi? Bu elə əsl fubtoldur, buna heç bir şübhə yoxdur. Biz gərək Amerika futboluna təzə at axtarıb-tapaq. Çünki bu ad, bir qədər düşünsəz, mənasızdır”, – deyə Tramp bildirib.

Qeyd edək ki, dünyanın ən mötəbər idman yarışına – FIFA 2026-ya 3 ölkə – ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Çempionat iyunun 11-də start götürəcək.

AzPost.az

Seçilən
4
2
azpost.info

3Mənbələr