AZ

Makron Zelenski ilə telefon danışığı aparıb

Fransa Prezidenti Emmanuel Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb və tərəflər Ukrayna münaqişəsinin həlli üçün əlavə addımları müzakirə ediblər.Bu barədə Makron “Facebook” hesabında məlumat verib.

"Çindəki son beynəlxalq danışıqlarımın, vəziyyəti aydınlaşdırmağa və irəliləməyə kömək etdiyini Zelenski ilə bölüşdüm. Fransa bütün tərəfdaşlarla birlikdə gərginliyin azaldılması tədbirləri görmək və atəşkəs yaratmaq üçün işləməyə qərarlıdır", - Makron qeyd edib.

O həmçinin əlavə edib ki, 8 dekabr tarixində Böyük Britaniyanın baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Merz ilə görüşmək üçün Londona səfər edəcək və 30 noyabrda Floridada Ukrayna və ABŞ nümayəndə heyətləri arasında baş tutmuş danışıqları müzakirə edəcəklər.

Seçilən
25
5
anews.az

10Mənbələr