Hindistanın Qoa ştatında gecə klubunda baş verən yanğında ən azı 23 nəfər ölüb.
AZƏRTAC Hindistan mediasına istinadıa xəbər verir ki, ştatın şimal hissəsində Arpora kəndində gecə saatlarında baş verən yanğında ölənlər klubun əməkdaşları olub.
Polisin məlumatına görə, yanğına qaz balonunun partlaması səbəb olub.