AZ

“Robokop”un 8 ildir gecikən heykəli ucaldıldı - FOTO

Amerikanın Detroyt şəhərində beş ilə hazırlanmış və daha səkkiz il müxtəlif səbəblərdən şəhərdə quraşdırıla bilməyən “Robokop”un bürünc heykəli nəhayət açılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Təxminən 3,3 metr hündürlüyə və 1,6 ton ağırlığa malik heykəl "Free Age" kinostudiyasının ərazisində yerləşdirilib.

Heykəlin müəllifi, detroytlu heykəltəraş Corc Gikas bu işi 2017-ci ildə tamamlayıb. Lakin koronavirus məhdudiyyətləri də daxil olmaqla müxtəlif səbəblərdən heykəlin quraşdırılması uzun müddət mümkün olmayıb.

Qeyd edək ki, “Robokop”un ilk filmi 1987-ci ildə işıq üzü görüb.

Seçilən
1
3
bakivaxti.az

4Mənbələr