AZ

"50 gün ərzində 3-cü qızıl medalı qazandığım üçün çox sevincliyəm"

Azərbaycan cüdoçusu Kənan Nəsibov 50 gün müddətində qazandığı 3-cü qızıl medala görə çox sevinclidir.

Apasport.az xəbər verir ki, idmançı bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.

21 yaşlı tatami ustası cüdo üzrə Azərbaycan çempionatının fərdi yarışlarında birinci yeri tutmasına münasibət bildirib:

"Yarış çox çətin keçdi. Sözün düzü, fiziki durumum yerində olsa da, yarışa psixoloji hazır deyildim. Çünki təlim-məşq toplanışından yeni qayıtmışam. 50 gün ərzində üçüncü qızıl medalı qazandım. Buna görə çox sevinirəm. Daha əvvəl Moldovada 23 yaşadək cüdoçular arasında Avropa çempionu adını qazandım, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medala sahib çıxdım. İndi Azərbaycan çempionu oldum".

O, növbəti hədəflərindən də söz açıb:

"2026-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında Avropa çempipnatı olacaq. İnşallah tatamiyə çıxmaq şansı qazansam, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirəm. Bundan başqa, Bakıda dünya çempionatı keçiriləcək. Mundialda da ən yüksək nəticəni göstərməyə çalışacağam".

Qeyd edək ki, Kənan Nəsibov +100 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb.

Cüdo üzrə ölkə çempionatının püşkü atılıb

Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışına start verilib - FOTO

Cüdo üzrə Azərbaycan çempionatının proqramı bəlli olub

Böyük Dəbilqə: Cüdoçumuz bürünc medal qazanıb

Bakıda yeniyetmə cüdoçular üçün təlim-məşq toplanışı keçiriləcək

Seçilən
2
2
apasport.az

3Mənbələr