AZ

Həftənin ilk günü yağış yağacaq

Dekabrın 8-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

 

Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.

Tarix: 7 Dekabr 2025, 12:50   
Seçilən
46
49
pravda.az

10Mənbələr