AZ

Sabah yağış yağacaq - PROQNOZ

Dekabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-а verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir. Yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.

Seçilən
51
49
day.az

10Mənbələr