AZ

Faciəvi şəkildə ölən qardaşlar - FOTO 

Xəbər verdiyimiz kimi, Biləsuvardakı dəhşətli qəzada həlak olanlardan ikisi qardaşdır.


Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vasif Həsənli bir neçə aydır əsgərlikdən gəlibmiş.

Rusif Həsənli isə ailəli idi.

Bəydili kənd sakini olan Əliqardaş Rəsulzadə isə yaxın günlərdə hərbi xidmətə gedəcəkmiş.

Qeyd edək ki, Biləsuvarda "Lexus" markalı minik avtomobilinin idarəetmədən çıxaraq kanala aşması nəticəsində 5 nəfər ölüb.

Belə ki, qəza zamanı sərnişinlər 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli, 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə hadisə yerində, 2003-cü il təvəllüdlü sürücü Vasif Həsənli isə aparıldığı xəstəxanada vəfat edib.

Seçilən
15
29
manset.az

10Mənbələr